Dərc edildi: Baxış sayı: 229
Gerasimovla bağlı hansı qərar veriləcək? - Açıqlama
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu vəzifədə xidmətini davam etdirəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Hərbi komponentə gəldikdə (Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti - red), bu təyinat (Andrey Belousovun müdafiə naziri təyinat edilməsi – red.) heç bir şəkildə ordunun mövcud koordinat sistemini dəyişməyəcək. Hərbi komponent həmişə Baş Qərargah rəisinin səlahiyyətində olub. O, fəaliyyətini davam etdirəcək, hazırda bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmur”, - Kreml nümayəndəsi bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət