Geni dəyişdirilmiş ilk uşaqlar daha ağıllı ola bilərlər
Əkiz qızlarda CCR5 geninin çıxarılması onların zehni qabiliyyətlərinə təsir göstərə bilər. İlk dəfə uşaqları genetik dəyişdirən alim He Çzyankuy bəyan edib ki, genin çıxarılması uşaqları HİV-dən müdafiə edəcək. Son tədqiqatlar göstərdilər ki, bu tədbir uşaqların intellektini yaxşılaşdırmağa kömək edəcək.
He Çzyankuy 2018-ci ilin noyabr ayında ilk dəfə genetik cəhətdən redaktə edilmiş uşaqların doğulduğunu elan edib. Bu fakt hökumət və elmi cəmiyyət tərəfindən kəskin tənqidlərə səbəb oldu.
İş burasındadır ki, qızların atası HİV-ə yoluxmuşdu və alim əkiz qızları bu xəstəliyə qarşı davamlı edərək CCR5 genini söndürdü. Amma Kaliforniya Universitetinin tədqiqatçıları belə bir nəticəyə gəldilər ki, bu gen idrak funksiyasını məhdudlaşdırır. Belə ki, bu genin işlək olmayan nümunəsi ilə olan insanlar insult və kəllə-beyin travmalarından sonra tez bərpa olunur və məktəbdə daha uğurlu olurlar. CCR5 geni olmayan siçanlar da qohumlarından daha ağıllı idilər.
Praktikaya gəldikdə isə alimlər bu genin aradan qaldırılması ilə insanların hansı vacib funksiyalardan məhrum olduqlarını bilmirlər.
Mənbə: ufacitynews.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət