Slimfit
  1. MARAQLI

Genetiklər irsi amillərin uşaqların intellektinə təsirini qiymətləndiriblər

Genetiklər irsi amillərin uşaqların intellektinə təsirini qiymətləndiriblər
Sakura

Genetiklər irsi amillərin uşaqların intellektinə təsirini qiymətləndiriblər

Mürəkkəb hesablamalar göstərib ki, genlər intellekt səviyyəsində fərqin 11 faizini və məktəbdə müvəffəqiyyət dərəcəsinin 16 faizini müəyyən edir. Nəticədə, tədqiqatçılar yekdil olaraq belə bir rəyə gəliblər ki, hətta pis irsi nəticələri olan uşaqlar da əla qiymətlə, əksinə, yaxşı genetik göstəriciləri olanlar isə pis oxuya bilərlər.

AZƏRTAC Xaytek+ saytına istinadla xəbər verir ki, alimlər yaxşı irsi göstəricilərin yüksək əqli qabiliyyətə təminat vermədiyi fikrindədidirlər. Belə ki, London Kral Kollecinin tədqiqatçıları uşaq və yeniyetmələrdə irsi amillər və əqli göstəricilər arasında əlaqəni araşdırıblar. Onlar bu məqsədlə əkizlərin erkən inkişafı üzrə tədqiqatlar layihəsi çərçivəsində 12-16 yaşlar arasında 7026 britaniyalı məktəblinin məlumatlarını təhlil ediblər.

“Science Daily” xəbər verir ki, alimlər genomun IQ və ingilis dili, riyaziyyat və təbii elmlər kimi xarakteristikalarla fərdi fərqlərini müqayisə ediblər. Poligen qiymətləndirməni əsas götürən alimlər bir çox genlərin məcmu təsirini də nəzərə alıblar və müəyyən ediblər ki, irsi amillər intellekt səviyyəsi üzrə fərdi fərqlərin 11 faizini və təhsildə uğurların 16 faizini təşkil edir.

Əldə edilən nəticə 3 genetik metodun istifadəsi yolu ilə aparılıb ki, bu da tədqiqatın etibarlı olmasını təmin edir. Tədqiqatçılar vurğulayıblar ki, onlar orta göstəriciləri əsas götürüblər. Yəni, uşaq aşağı səviyyəli genetik göstəricilərinə baxmayaraq, məktəbdə əla qiymətlərlə oxuya bilər. Bunun əksi də sübut olunub: yaxşı irsi amillər heç də dahiliyə, yaxud əla təhsil almağa təminat vermir. Beləliklə, genlər və intellektual qabiliyyət arasında möhkəm əlaqədən danışmaq mümkün deyil.

Mürəkkəb psixi funksiyalarla əlaqədar olan konkret genlərin aşkar edilməsi barədə tədqiqatların müəllifləri sərt tənqidə məruz qalırlar. Məsələn, bu yaxınlarda “depressiya genləri”nin mövcud olması şübhə altına alınıb. Skeptiklər ehtimal edirlər ki, depressiya irsi amil ola bilər, lakin onun aşkar edilməsi üçün mürəkkəb poligen dəyərləndirmələr lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR