Slimfit
  1. DÜNYA

Genetik modifikasiya olunmuş ilk insan

Genetik modifikasiya olunmuş ilk insan
Sakura

Genetik modifikasiya olunmuş ilk insan

Hər dəfə heyvanlar üzərində təcrübələr haqqında danışan növbəti elmi verilişlə qarşılaşanda bu bizə fantastik və real olmayan görünür. Amma insanlarla bağlı belə təcrübələr barədə eşidəndə qulaqlarına inanmırsan.

Alimlər çoxdandır ömrümüzü uzatmaq üçün iş aparırlar. Onlar artıq hansı ərzaqları istifadə edəndə cavan qala biləcəyimizi müəyyənləşdiriblər. İndi genetik dəyişiklik növbəsidir.

“BioViva” elmi-tibbi şirkətinin rəhbəri Elizabet Perriş cəsarətli addım atmaq qərarına gəldi. O, orqanizminin qocalma prosesini zəiflətmək və ya tam dayandırmaq üçün genlərinin dəyişdirilməsinə razı oldu.

Elizabet Perriş

Bizim orqanizmin qocalma prosesi xromosomların uc çıxıntılarının – telomerlərin kiçilməsi ilə başlayır. 2015-ci ildə Elizabetin bədəninə telomerin uzunluğunu artıracaq material yeritmişdilər. Alimlər düşünür ki, məhz bu yolla qocalmanı saxlamaq və orqanizmi cavanlaşdırmaq olar. Nəticənin ölümlə başa çatacaq qədər gözlənilməz ola biləcəyini anladığı halda Perriş elm naminə bununla razılaşdı.

Qadından hətta riskli inyeksiyaya razılığını bildirməklə bağlı videomüraciət hazırlamasını tələb etmişdilər. Prosedur Kolumbiyada keçirilmişdi. Çünki ABŞ-da insanlar üzərində təcrübələr qanunvericilik səviyyəsində qadağan edilib.

Bir müddət əvvəl eksperimentin ilk nəticələri məlum olub. Leykositlərin vəziyyəti, telomerin ölçüsü deyir ki, Elizabetin bioloji yaşı 20 il azalıb. Üstəlik, onun dərisi və saçları da yaxşılaşıb.

Elizabet Perriş

Əlbəttə, qocalma prosesi üzərində tam qələbə haqda danışmaq hələ tezdir. Amma yaşla bağlı və genetik xəstəliklərlə mübarizədə ilk addım atılıb.

Mənbə: Bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR