Slimfit
  1. AZƏRBAYCAN

Genetik Ehtiyatlar İnstitutu ilə İran şirkəti arasında niyyət protokolu imzalanıb

Genetik Ehtiyatlar İnstitutu ilə İran şirkəti arasında niyyət protokolu imzalanıb
Sakura

Genetik Ehtiyatlar İnstitutu ilə İran şirkəti arasında niyyət protokolu imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavinləri Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, GEİ direktorunun elmi işlər üzrə müavini Mehrac Abbasov, Azərbaycan Tibb Universitetinin (ATU) birinci cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov və bu ali məktəbin xarici tələbələrlə iş üzrə dekanı Orxan İsayev İranda elmi ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, İranın Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin dəvəti və təşkilatçılığı ilə “Royan” sonsuzluq mərkəzi, “Royan” kök hüceyrə texnologiyası şirkəti, “Hüceyrə texnologiyası şirkəti” və Bioloji Ehtiyatlar Mərkəzi ilə görüşlər keçirilib, birgə tədqiqatların aparılması və müxtəlif istiqamətlərdə elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Səfər çərçivəsində gələcəkdə əməkdaşlığın davamlı aparılması məqsədilə AMEA Genetik Ehtiyatlar İnstitutu ilə “Royan” kök hüceyrə texnologiyası şirkəti arasında niyyət protokolu imzalanıb.

Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin rəhbərliyi ilə keçirilən görüşlərdə azərbaycanlı alimlər AMEA-da və ATU-da aparılan tədqiqat istiqamətləri barədə məlumat veriblər. Həmçinin mərkəz ilə AMEA arasında əməkdaşlığın gücləndirilməsi, birgə qrant layihələrinin elan edilməsi, tələbə və tədqiqatçı mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun layihəsi hazırlanıb.

Daha sonra danışıqlar “Royan” sonsuzluq mərkəzi və “Royan” kök hüceyrə texnologiyası şirkətinin rəhbərləri ilə davam etdirilib. “Royan”ın müxtəlif tədqiqat mərkəzlərində və klinikalarında aparılan işlər barədə məlumat verilib, müxtəlif istiqamətli laboratoriyalara və göbək ciyəsi bankına baxış keçirilib. Gələcəkdə Azərbaycanda da kök hüceyrəsi üzrə tədqiqatların genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Bioloji Ehtiyatlar Mərkəzi və “Royan” kök hüceyrə texnologiyası şirkəti ilə də keçirilən görüşlərdə ortaq elmi əməkdaşlığın perspektivləri müzakirə edilib, beynəlxalq layihələrdə iştirak və kadr hazırlığı məsələlərində birgə fəaliyyətlərlə bağlı razılıq əldə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR