Slimfit
  1. AVTO VƏ MOTO

Genesis GV80 modelinin eksteryer və interyerini nümayiş etdirib

Genesis GV80 modelinin eksteryer və interyerini nümayiş etdirib
Sakura

Genesis GV80 modelinin eksteryer və interyerini nümayiş etdirib

2020-ci ilin ilk günündə Genesis markası ilk krossoverinin tizerlərini dərc edərək, bəzi təfərrüatları açıqlayıb. Digər Genesis modelləri kimi, Genesis GV80 arxa ötürməli platformada inşa edilib. Əlavə ödəniş müqabilində tam ötürmə sistemini və üçüncü oturacaq cərgəsini sifariş etmək mümkün olacaqdır.

Genesis GV80 modelinin seriya variantı 2017-ci ildə təqdim edilmiş eyni adlı konseptə bənzəyir. Avtomobilin dizaynı üzərində markanın üç dizayn mərkəzinin (Cənubi Koreya, ABŞ və Almaniya) mütəxəssisləri işləyiblər. Avtomobilin dizayn üslubu “idman zərifliyi” (Atletik Elegance) prinsiplərinə əsaslanır. Korporativ dizayn üslubunun bütün əsas elementləri qorunub saxlanılmışdır: Quad Lamps fənərləri, Crest Grille beşbucaqlı radiator barmaqlığı və kuzovun xarakterik iti xətti (Parabolic Line). Cilalanmış almazdakı işıq parlantılarından ilhamlanaraq yaradılmış G-Matrix naxışı salon işıqlandırması plafonlarında və təkər disklərində öz əksini tapıb.
GV80 modelinin interyeri "Cənubi Koreyanın memarlıq estetikasını" əks etdirir. Ön paneldə havalandırma sisteminin nazik deflektroları və genişformatlı ekran var. Mərkəzi konsolda iqlim sisteminin idarəetmə displeyi, mərkəzi tuneldə isə qiymətli daş şəklində hazırlanmış yuvarlaq selektor quraşdırılıb. Genesis şirkəti bu elementi "sadəlik və cazibədarlığın incə tarazlığı" kimi təsvir edir. Fiziki düymələrin sayı da minimuma endirilib.

Genesis GV80 əsasını G70, G80 və G90 sedanlarında olduğu kimi arxa ötürməli platforma təşkil edir. Krossover standart olaraq arxaçəkişli olacaqdır - tam ötürmə isə opsiyadır. Genesis GV80 modelinin Cənubi Koreyadakı satışlarına bu ay başlanmalıdır. 2020-ci ilin sonuna qədər model dünya bazarlarına çıxacaqdır. Krossoverin təchizatı və mühərrik çeşidi barədə məlumat satışların başlanmasından öncə açıqlanacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR