Slimfit
  1. AVTO VƏ MOTO

Genesis GV80 modelinin debüt tarixi bəlli olub

Genesis GV80 modelinin debüt tarixi bəlli olub
Sakura

Genesis GV80 modelinin debüt tarixi bəlli olub

Hyundai şirkətinə məxsus olan Genesis premium subbrendinin ilk krossoveri olacaq GV80 modeli 16 yanvar tarixində debüt edəcəkdir. Genesis GV80 krossoverinin debüt tarixi KoreanCarBlog (KCB) saytının dərc etdiyi şəkildə öz əksini tapıb.

Genesis GV80 modelinin seriya variantı 2017-ci ildə təqdim edilmiş eyni adlı konseptə bənzəyir. Avtomobilin dizaynı üzərində markanın üç dizayn mərkəzinin (Cənubi Koreya, ABŞ və Almaniya) mütəxəssisləri işləyiblər. Avtomobilin dizayn üslubu “idman zərifliyi” (Atletik Elegance) prinsiplərinə əsaslanır. Korporativ dizayn üslubunun bütün əsas elementləri qorunub saxlanılmışdır: Quad Lamps fənərləri, Crest Grille beşbucaqlı radiator barmaqlığı və kuzovun xarakterik iti xətti (Parabolic Line). Cilalanmış almazdakı işıq parlantılarından ilhamlanaraq yaradılmış G-Matrix naxışı salon işıqlandırması plafonlarında və təkər disklərində öz əksini tapıb.

GV80 modelinin interyeri "Cənubi Koreyanın memarlıq estetikasını" əks etdirir. Ön paneldə havalandırma sisteminin nazik deflektroları və genişformatlı ekran var. Mərkəzi konsolda iqlim sisteminin idarəetmə displeyi, mərkəzi tuneldə isə qiymətli daş şəklində hazırlanmış yuvarlaq selektor quraşdırılıb. Genesis şirkəti bu elementi "sadəlik və cazibədarlığın incə tarazlığı" kimi təsvir edir. Fiziki düymələrin sayı da minimuma endirilib.

Genesis GV80 əsasını G70, G80 və G90 sedanlarında olduğu kimi arxa ötürməli platforma təşkil edir. Krossover standart olaraq arxaçəkişli olacaqdır - tam ötürmə isə opsiyadır. Genesis GV80 modelinin Cənubi Koreyadakı satışlarına bu ay başlanmalıdır. 2020-ci ilin sonuna qədər model dünya bazarlarına çıxacaqdır. Krossoverin təchizatı və mühərrik çeşidi barədə məlumat satışların başlanmasından öncə açıqlanacaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR