Slimfit
  1. MEDİA

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad
Sakura

Gənclərimiz lazımsız seriallara baxırlar - Deputatdan irad

Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri əhali arasında tibbi maarifləndirmənin və ya həm maarifləndirmə, həm də maariflənmənin zəifliyidir.

Trend-in məlumatına görə, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanlar özləri könüllü şəkildə tibbi maariflənməyə çox meyilli deyillər.

Deputat hesab edir ki, maarifləndirmə işini üzərinə götürən qurumlar da bu istiqamətdə yetərli qədər fəal deyillər. Ona görə də həmin qurumların fəallığının artmasına ehtiyac var.

 Q.Paşayeva əlavə edib ki, tibbi maarifləndirmənin zəifliyinin çox ciddi fəsadları var və bunlar nəticə olaraq qarşımıza çıxır: "Bu hallar gənclərimizin də arasında var. Onlar günün bir saatını lazımsız, onun həyatı üçün önəmli olmayan teleseriala baxmağa həsr edirlər. Yaxud hansı müğənni nə dedi, nə geyindi, hansı maşını sürdü - bu kimi verilişlərə 1-1,5 saat zaman ayırırlar. Bunu hətta savadlı, universitet təhsili olan gənclərimiz belə edirlər. Amma onlar gün ərzində yarım saat, həftədə heç olmasa, 1 saat ərzində sağlamlıqla bağlı nə isə oxumur. Buna görə də maarifləndirmə işləri genişləndirilməli, bunu həyata keçirən qurumlar öz fəallıqlarını ciddi şəkildə artırmalıdırlar".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR