Slimfit
  1. AZƏRBAYCAN

Gənclər təşkilatı “Sülh aylığı”na dəstək verdilər

Gənclər təşkilatı “Sülh aylığı”na dəstək verdilər
Sakura

Gənclər təşkilatı “Sülh aylığı”na dəstək verdilər

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Sülh aylığı” ilə bağlı “Biz Sülhün carçılarıyıq” adlı tədbir keçirilib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Mərkəzin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı “Sülh aylığı” haqqında ətraflı məlumat verərək bildirmişdir ki, fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı, sülhməramlı mövqeyi dəstəkləyən və buna sadiq olan Azərbaycanın ötən 27 illik tarixi erməni hərbi birləşmələrinin təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın beşdə birinin işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, xalqımızın müharibə dəhşətlərini öz taleyində yaşaması, əzəli torpaqlarından qovulmuş soydaşlarımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınması, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə yazıldı.Bütün bunlara baxmayaraq, biz hər zaman ərazi bütövlüyümüzün təmin olunacağı təqdirdə öz maraqlarımız dairəsində tolerantlıq, dözümlülük nümayiş etdirəcəyik.

Tədbirdə Ağcabədi rayon təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev,mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Məhəbbət Əliyeva, 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Səadət Həsənova və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri iştirak etmişdir. Tədbirin sonunda kitabxana əməkdaşları uşaqlara sülh haqqında kitablar təqdim edərək maraqlı məlumatlar vermiş və “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin balaca fidanlarının hazırladıqları maraqlı səhnə və rəqslər nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR