Slimfit
  1. AZƏRBAYCAN

Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb

Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
Sakura

Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb

Sentyabrın 21-də Londonda fəaliyyət göstərən "BL Network" şirkətinin təşəbbüsü ilə Bakıda "Rəqəmsal erada gənclər üçün imkanlar" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi gəncləri Azərbaycanda və dünyada rəqəmsal ekosistem barədə məlumatlandırmaq, startapa necə başlamalı və maliyyə mənbələrinə çıxış yolları barədə həm praktik, həm də nəzəri cəhətdən bilikləri çatdırmaq olub. Xüsusən də, konfransda iştirak edən gənclərin kraudfandinq, kraudinvestinq, toxum investor, vençur kapital və mələk investorlarla bağlı bilik və bacarıqlarının artırılması hədəflənib.

Konfransda BL Network şirkətinin təmsilçiləri Şirinnaz Əmirova, Moldir Nurtayeva və Zining Li çıxış ediblər.

Konfrans müddətində gənc iştirakçılar yeni maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və smart müqavilə kimi yeniliklər, habelə rəqəmsal marketinq və satışın optimallaşdırılması mövzularında peşəkarlardan məlumatlar əldə ediblər. İştirakçılar, həmçinin rəqəmsal imkanlardan istifadə edərək özünüməşğulluğu təmin etmək üçün həllərlə tanış olublar. Seminarda inkubasiya və akselerasiya prosesindən keçmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı "enterpriseAzerbaijan.com" portalının imkanları da təqdim olunub.

Seminarın sonunda gənc iştirakçıların yaratdıqları komandaların startap ideyalarının təqdimatı keçirilib. Starapçılar BL Network tərəfindən təqdim olunan sertifikatlarla mükafatlandırılıblar.

Qeyd edək ki, "Rəqəmsal erada gənclər üçün imkanlar" mövzusunda konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə baş tutub. Konfransın təşkilatçısı "BL Network" şirkəti Londonda əsasən, investisiya, bankçılıq, maliyyə, siyasət, hüquq, elm və fəlsəfə ilə bağlı mövzular ətrafında beynəlxalq tələbələr və mütəxəssislər qrupu tərəfindən idarə olunur. Qurumun məqsədi gənc istedadlı nəslin peşəkar həyatına müsbət təsir göstərilməsini təmin etmək, həmçinin davranış zəncirini yaratmaq və onların beynəlxalq səviyyədə uğurlu olmasını təmin etmək üçün əlaqələri qurmaqdan ibarətdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR