Bu vaxta qədər Gəncədə olan 1131 küçəyə adlar verilib. Hazırda ünvan lövhələrinin hazırlanması istiqamətində…
Bu vaxta qədər Gəncədə olan 1131 küçəyə adlar verilib. Hazırda ünvan lövhələrinin hazırlanması istiqamətində iş aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Cavad xan qəsəbəsinin sakinləri ilə görüşündə məlumat verilib.
Bildirilib ki, Cavad xan qəsəbəsi Gəncənin son illərdə salınan və sürətlə böyüyən yaşayış massivlərindən biridir. Hazırda buranın 10 mindən çox sakini var. Yeni salınan küçələrə adların verilməməsi isə qəsəbə sakinlərində müəyyən problemlər yaradır.
Sonda qəsəbə sakinlərinin ümumi problemləri qeydə alınıb və onların tez bir zamanda həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət