Slimfit
  1. İQTİSADİYYAT

Gəncənin və Göygölün bir qəsəbəsi qazlaşdırılır

Gəncənin və Göygölün bir qəsəbəsi qazlaşdırılır
Sakura

Gəncənin və Göygölün bir qəsəbəsi qazlaşdırılır

Azərbaycanın çətin relyefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində aparılan tədbirlər davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, ölkənin ən ucqar ərazilərinə belə qaz xətti çəkilir, əhalinin mavi yanacaqdan istifadəsi üçün lazım olan bütün gərəkli addımlar atılır.

Aparılan işlər çərçivəsində hazırda Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsinin qazlaşdırılmasına başlanılıb. Qəsəbə sıldırım qayalıqlarla əhatə olunub. Olduqca çətin coğrafi relyefdə yerləşdiyindən bu qəsəbədə sovetlər dönəmində belə "mavi yanacaq" olmayıb. Əhali qaza olan təlabatını ancaq odunla ödəyib. Bu gün isə qəsəbənin ən ağrılı problemi aradan qaldırılmaqdadır. Tərtib edilmiş layihəyə uyğun olaraq, Aşağı Zurnabad qəsəbəsinin "mavi yanacaq"la təmin olunması məqsədi ilə ümumi uzunluğu 4 443 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, işlərə cari ilin may ayında başlanılmasına baxmayaraq, tezliklə qəsəbənin qazlaşdırılması tam yekunlaşacaq.

Eyni zamanda 90 fərdi evdən ibarət olan Gəncə şəhəri Sevil Qazıyeva küçəsində yeni massivin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” tərəfindən 5 015 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və hər bir evə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması işləri aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR