Dərc edildi: Baxış sayı: 972
Gəncənin tarixi abidələri ilə tanışlıq ön xətdə xidmət edən əsgərlərin marağına səbəb olub
Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekskursiya çərçivəsində hərbi qulluqçular “Qala Qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami məqbərəsi, Nizami Muzeyi, Məhsəti Mərkəzi və Gəncə Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar.
Əsgərlərə Gəncə şəhərinin tarixi, ziyarət etdikləri muzeylərdə qorunan eksponatlar, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət