Dərc edildi: Baxış sayı: 362
Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq
VI çağırış Milli Məclisin deputatı Tural Gəncəliyev sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə Modern.az-a deputatın köməkçisi məlumat verib.
Məlumata görə, Tural Gəncəliyev yenidən 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək.
Tural Gəncəliyev 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. O, 2020-ci ildə ilk dəfə Xankəndidən deputat seçilib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 122 saylı dairədən namizədi Məmmədov Aqil Kamran oğludur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət