Slimfit
  1. AZƏRBAYCAN

Gəncəli məzunlardan 1105 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olub

Gəncəli məzunlardan 1105 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olub
Sakura

Gəncəli məzunlardan 1105 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə daxil olub

2017-2018-ci tədris ili üzrə Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki 46 ümumtəhsil məktəbinin 11-ci sinif şagirdlərindən 2 min 323 nəfər məzun olub.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, həmin məzunlardan 1824 nəfəri builki ali və orta-ixtisas təhsili müəssisələrinə qəbulda iştirak ediblər. Onlardan 1105 nəfəri ali təhsil müəssisələrinə qəbul olublar.

Qəbul imtahanlarında 358 məzun 200-300, 461 məzun 300-500, 174 məzun 500-600, 90 məzun 600-700 intervalda, 1 məzun isə maksimum nəticə - 700 bal toplayıb.

Həmçinin orta məktəbi bitirən məzunlardan 4 nəfəri qızıl, 2 nəfəri isə gümüş medala layiq görülüb. Qızıl medala layiq görülən və ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayan, yəni maksimum nəticə göstərən abituriyent - İsrafil Məmmədov adına 27 saylı fizika-riyaziyyat-kimya təmayüllü məktəb-liseyin məzunu Selcan Məmmədli ADA Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR