Slimfit
  1. MEDİA

Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur

Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur
Sakura

Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur

Gəncədə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin və Gəncə Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, tibbi maskalar paylanılır, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində isə qanunamüvafiq qaydada tədbir görülür.

Növbəti belə reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsin rəisi Əkbər İsmayılovun iştirakı ilə baş tutub. Onlar şəhərdə fəaliyyət göstərən iri market və mağazalarda, geyim dükanları və apteklərdə, o cümlədən ictimai nəqliyyatda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar.

Xüsusi karantin rejimi tələblərinin icrasına nəzarətin gücləndirilməsi nəticə verməkdədir. Belə ki, xidmət sahələrinin işçiləri fəaliyyətlərini tibbi maska və əlcəkdə davam etdirirlər. Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin hamısına isə xüsusi qabda dezinfeksiyaedici məhlullar yerləşdirilib. Gəncənin apteklərində də yetərli sayta tibbi maska, əlcək və spirt mövcuddur.

Bank və ATM-lərin qarşısında növbə gözləyən sakinlər arasında sosial məsafənin qorunmasına da diqqət  yetirilir. Şəhər sakinləri arasında tibbi maskadan istifadə edənlərin sayı da nəzərə çarpacaq dərəcədə artıb.

Reyd zamanı sakinlərlə maairfləndirici söhbətlər də aparılıb. COVİD-19 infeksiyasının  geniş yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya qaydalarına əməl edilməsinin önəmi bir daha xatırladılıb. Söhbət zamanı bəzi sakinlər öz sosial problemlərini də dilə gətiriblər. Niyazi Bayramov müraciətlərin araşdırılaraq, dərhal həll edilməsi istiqamətində tapşırıq verib.

Reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozan sakinlər barəsində qanunamüvafiq formada tədbir görülüb.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan mobil qrupların üzvlərinin də aktiv şəkildə iştirak etdiyi reyd və maarifləndirici tədbirlə davam etdiriləcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR