Slimfit
  1. MEDİA

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır
Sakura

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır

Vətən müharibəsinin hər günü Azərbaycan xalqının tarixinə şanlı zəfər kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əsgərləri, bu millətin qəhrəman övladları 30 ilə yaxındır davam edən işğala son qoydular. Onlar öz qanları, canları ilə yeni tarix yazdılar. Qan yaddaşımız təzələndi zəfər yaddaşı oldu.

Torpaq, uğrunda ölən varsa Vətəndir! Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdi ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! Zəfərə gedən yolun hər addımında şəhid verildi, minlərlə gənc Vətəndən pay olmayacağını Vətən torpağı ilə bütünləşərək sübuta yetirdi. İndi Azərbaycan xalqı Zəfər gününə hazırlaşır, bu şanlı tarixi bizə yaşadanlara dərin hörmət və ehtiram göstərərək.

Respublikanın hər yerində olduğu kimi, Gəncədə də Vətən müharibəsi şəhidlərinin il dönümləri ilə əlaqədar olaraq anım mərasimləri təşkil edilir. Bu mərasimlərdə şəhər rəhbərliyi də yaxından iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri təşkil olunan il mərasimlərində yaxından iştirak edirlər. Şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunur, onların ruhuna dərin ehtiram bildirilir.

Qeyd etmək yerinə düşər ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin il mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir. Aidiyyəti qurumların rəhbərləri tərəfindən şəhid ailələri daim ziyarət olunurlar, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq formada tədbirlər həyata keçirilir.

Bununla yanaşı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçmiş Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqasədi ilə abidə kompleksinin inşası davam etdirilir. Şəhər rəhbərliyi mütəmadi şəkildə İstiqlal parkına baş çəkərək, işlərin gedişatı ilə yerində tanış olur. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən inşa edilən abidə kompleksinin Zəfər günü ərəfəsində təhvil verilməsi nəzərdə tutulub.

Bəli, hər anı şanlı tarix olan 44 günün bir ili tamam olur. Zəfər gününə az qalır... İndi geri dönüb baxdıqda anlayırıq ki, bizi Qarabağdan ayrı salan hər gün, əslində bizi şanlı Zəfərə yaxınlaşdırırmış. Ruhunuz şad olsun, əziz şəhidlərimiz!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR