Slimfit
  1. MEDİA

Gəncədə Vətən müharibəsi şəhidlərinin ailələri diqqətdə saxlanılırlar

Gəncədə Vətən müharibəsi şəhidlərinin ailələri diqqətdə saxlanılırlar
Sakura

Gəncədə Vətən müharibəsi şəhidlərinin ailələri diqqətdə saxlanılırlar

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Bu istiqamətdə Gəncədə də bir sıra işlər həyata keçirilir. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu həftə ərzində də şəhid ailələrini ziyarət edib, onların problem və qayğıları ilə maraqlanıb. Şəhid ailələri ilə görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və “Zəfəroğlu İnşaat”ın təsisçisi və rəhbəri, gəncəli iş adamı Zəfər Məmmədov da iştirak edib. 

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən rəsmilər onlara başsağlığı verib, səbr diləyiblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. 

Görüşdə şəhid yaxınları övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Niyazi Bayramov şəhid yaxınlarının problemləri və onları narahat edən məsələlərlə də maraqlanıb. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edən şəhid yaxınları, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildiriblər. Səslənən müraciətlər arasında bir neçə şəhid yaxınının işlə təminatı, müalicəsi və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb. 

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən 20-yə yaxın şəhid ailəsi ziyarət edilib, onlara yardım göstərilib. Gəncə şəhər və rayon icra hakimiyyətləri başçıları tərəfindən şəhid ailələrinə ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR