Slimfit
  1. MEDİA

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya təşkil olunub

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya təşkil olunub
Sakura

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya təşkil olunub

Gəncədə “Uşaqların məktəbə hazırlığına dəstək ol!” adlı aksiya təşkil olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya  səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib. 

Heydər Əliyev adına Park-Kompeksində gerçəkləşən tədbirdə  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin , “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəsinin rəhbəri İrek Zinnurov, Azərbaycandakı “Rus Dili Müəllimləri” Assosiasiyasının sədri Lyubov Yakunina, millət vəkili Naqif Həmzəyev,  struktur rəhbərləri, şagird və müəllimlər iştirak ediblər. 

Niyazi Bayramov çıxışında aksiya təşkilatçılarına öz dərin təşəkürünü bildirib. O qeyd edib ki, Azərbaycanla Rusiya  arasında münasibətlər, ikitərəfli əlaqələr bu gün də uğurla davam edir. Şəhər rəhbəri vurğulayıb ki, bu gün keçirilən aksiya iki ölkə arasında olan səmimi münasibətin bariz nümunəsidir. Eyni zamanda Niyazi Bayramov ilk dəfə məktəbə qədəm qoyan şagirdləri də təbrik edib, yeni tədris ilində hər birinə müvəffəqiyyətlər arzulayıb. 

Mixayil Zabelin öz növbəsində şagirdləri təbrik edib, Zəfər tarixi yaşayan hər iki ölkənin övladlarına  bir daha müharibə acısı yaşamamağı arzulayıb. Millət vəkili onların Vətənə və cəmiyyətə layiqli övlad kimi böyüyəcəyinə əmin olduğunu bildirərək sözügedən aksiya çərçivəsində Gəncəyə səfərindən çox məmnun olduğunu qeyd edib.

Çıxışlardan sonra, Gəncə  Uşaq-Gənclər və İnkişaf Mərkəzinin üzvləri, habelə təhsil müəssisələrinin istedadlı şagirdlərinin təqdimatında  şeirlər səsləndirilib,  rəqslər nümayiş etdirilib. 

Sonda birinci sinif şagirdlərinə təşkilatçılar tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.

Qeyd edək ki, aksiyası cari ilin 13 sentyabr tarixinədək ölkənin digər bölgələrində davam edəcəkdir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR