Slimfit
  1. MEDİA

Gəncədə Qəmbər Hüseynlinin qəbri və abidəsi işıqlandırıldı

Gəncədə Qəmbər Hüseynlinin qəbri və abidəsi işıqlandırıldı
Sakura

“Mən səni gördüm ay işığında... Şükür Allaha ki, 6 aylıq qaranlıqdan sonra dünyaya bircə “Cücələrim”iylə işıq saçmağı bacarmış Qəmbər Hüseynlinin qəbri və abidəsi də işıqlandı...".

Ens.az "Demokratik.Az"-a istinadən bildirir ki, bu sözləri Gəncənin tanınmış ziyalısı Müzadil Həsənov özünün feysbuk səhifəsində yazıb.

Cavab Xan sevdalısı, "Cavad Xan" adına Tarix və Mədəniyyət fondunun prezidenti xatırladıb ki, bir müddət əvvəl ərazidəki qanunsuz tikinti hasarı sökülüb, ətrafda olan bir neçə işıq durəkləri də bərpa edilib. 2020-ci ilin iyul ayında bu məkanın tikinti məqsədilə hasarlanmasını və yüksək mərtəbəli binanın inşa edilməsi ilə bağlı mərhum musiqiçimizin qəbrinin köçürülməsi təhlükəsini yada salan M.Həsənov ictimaiyyətin ciddi narazılığından sonra məsələnin həllini alqışlayıb. O, bu işdə əməyi keçmiş hər kəsə və yerli media nümayəndələrinə də dərin minnətdarlığını bildirib.

Biz də Qəmbər Hüseynlinin abidəsi ətrafında baş verən xoş nəticəyə sevinir, problemin həllinə can atdığı və nəticəyə nail olduğu üçün şəxsən Müzadil Həsənova dərin minnətdarlığımızı bildiririk.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR