Slimfit
  1. CƏMİYYƏT

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alındı

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alındı
Sakura

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alındı

Gəncə şəhərində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,Gəncə Şəhər İcra Hakimiyyəti yanında komissiya üzvlərinin (Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi üzrə), FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan daha bir qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün Şıxzamanlı qəsəbəsində qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq söküntüsü təmin edilib.
Qeyd edilib ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR