Slimfit
  1. MEDİA

Gəncədə ölkənin təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

Gəncədə ölkənin təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib
Sakura

Gəncədə ölkənin təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib

Heydər Əliyev Mərkəzində baş tutan Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nın Gəncə Şəhər İdarəsinin rəisi Əli Əliyev, “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sərdi Şamil Süleymanov iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, hər bir ölkənin inkişafında təhlükəsizlik, sabitlik çox mühüm rol oynayır. O cümlədən Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafına çox böyük töhfə verən amillərdir. O qeyd edib ki, bu gün Dövlət Təhlükəsizlik Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətində öz tarixinin şərəfli səhifələrini yazır. Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmət göstərir. Niyazi Bayramov 100 illik yubiley münasibətilə dövlət təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını təbrik edib, onlara müqəddəs işlərində uğurlar arzulayıb.

DTX-nın Gəncə Şəhər İdarəsinin rəisi Əli Əliyev çıxış edərək, bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizlik Xidməti hazırda öz inkişafında yeni mərhələyə qədəm qoyub. Dövlət Təhlükəsizlik Xidmətinin keçdiyi tarixi yola nəzər salan Əli Əliyev qeyd edib ki, müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür.

Tədbirdə çıxış edən “Alyans” - Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sərdi Şamil Sülymanov bildirib ki, Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər ölkənin bir çox şəhər və rayonlarını əhatə edir. Bu tədbirlərin keçirilməsinin mahiyyətindən danışan Şamil Süleymanov, qeyd edib ki, əsas məqsəd bölgələrdə görüşlər təşkil etmək, ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarındakı fəaliyyəti barədə gənc nəsli məlumatlandırmaqdır. O, ölkənin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən söz açıb, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Şamil Süleymanov: “Həyat çox qəribədir, qəlizdir, amma mənim üçün uğurludur. Mən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Mən onunla görüşdüm, iki saata yaxın söhbətimiz oldu. Həmin söhbət əsnasında Heydər Əliyevin dediyi sözləri, verdiyi məsləhətləri heç vaxt unutmadım. Onun nəsihətlərini mən özümə əsas götürdüm və 36 illik fəaliyyətimi həmin nəsihətlər üzərində qurdum”.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin şəxşi nişanı və Fəxri fərmanı ilə təltif edilib.

Bununla yanaşı Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Gəncə şəhərinin ictimai həyatında və təhlükəsizliyinin təmin edilməsində fərqləndiklərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə Şəhər İdarəsinin  bir qrup əməkdaşı Gəncə Şəhər İcra Hakimiyyətinin “Fəxri Fərman”ına layiq görülüb. 

Tədbirdə həmçinin Ümummili lider Heydər Əliyevin Dövlət Təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR