Slimfit
  1. CƏMİYYƏT

Gəncədə mobil qruplar koronavirusla bağlı maarifləndirmə işləri görürlər

Gəncədə mobil qruplar koronavirusla bağlı maarifləndirmə işləri görürlər
Sakura

Gəncədə mobil qruplar koronavirusla bağlı maarifləndirmə işləri görürlər

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yenidən geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.

Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq maarifləndirmə işləri aparır.

Tərkibində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının da olduğu 32 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirirlər. Mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhaliyə karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə edilir.

Reyd və maarifləndirmə tədbirləri xüsusilə şəhərdə fəaliyyət göstərən  ticarət obyektləri, ərzaq mağazaları, marketləri əhatə edir. Bu zaman sahibkarlarla, məsul şəxslərlə, habelə burada çalışan işçilərlə pandemiya şəraitində tətbiq olunan qaydalara riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması, ara məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən istifadə edilməsi barədə ciddi xəbərdarlıqlar edilir.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR