Slimfit
  1. İQTİSADİYYAT

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırılıb

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırılıb
Sakura

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC Gəncə şəhərində Xocalı və Kəlbəcər rayonundan olan 600 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbənin telefonlaşdırılmasını başa çatdırıb. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 448 nömrə tutumuna və 256 internet portuna malik ONU (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli avadanlıq quraşdırılıb. 2130 metr fiber–optik kabel çəkilərək birləşdirici xəttin tikintisi həyata keçirilib, daxili xətt şəbəkəsinin qurulması üçün müxtəlif tutumlu 9318 metr kabel çəkilib.

Qəsəbədə 227 ədəd rabitə dirəkləri basdırılıb, 60 ədəd kabel meydançası və 60 ədəd abonent qutusu, eyni zamanda 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilib.

3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılıb. Yeni abunəçilərin internetə qoşulması üçün müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.

Bundan sonra da telefonlaşmayan ərazilərdə bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planlı işlər davam etdiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR