Slimfit
  1. AZƏRBAYCAN

Gəncədə karantini pozduqlarına görə cəzalandırılanların sayı açıqlandı

Gəncədə karantini pozduqlarına görə cəzalandırılanların sayı açıqlandı
Sakura

Gəncədə karantini pozduqlarına görə cəzalandırılanların sayı açıqlandı - VİDEO - ƏLAVƏ OLUNUB

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminə tam nəzarət edir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,Qərb Mərkəzinin məlumatına görə, polislər xidməti avtomobillərlə şəhərin mərkəzi küçə və prospektlərilə yanaşı, kənar məhəllə və qəsəbələrdə səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin qaydalarına riayət etmələrini məsləhət görür, onları evlərini yalnız hansı hallarda tərk edəcəkləri ilə bağlı maarifləndirir.

Gəncənin Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Heydər Əliyev və Nəriman Nərimanov prospektlərində və digər əsas küçələrdə polislər şəhərdaxili nəqliyyatın hərəkətini yoxlayır. Şəxsi avtomobillərlə yanaşı, ictimai nəqliyyata da baxış keçirilir. Karantin qaydalarına riayət etməyərək yaşadıqları evdən icazəsiz çıxan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunurlar.

Polislər piyadalara da nəzarət edir, onların icazə alıb-almadıqlarını və ya işlədikləri yerdən arayışlarının olub-olmadığını yoxlayır. Eyni zamanda onlara tibbi maska və əlcəkdən istifadə etmələri tövsiyə olunur. Karantin qaydalarını pozan vətəndaşlar barəsində isə cərmələr tərtib edilir.

Gəncədə xüsusi karantin rejiminə nəzarət edilməsinə Daxili Qoşunların hərbçiləri də cəlb olunub. Onlar da polis əməkdaşları ilə birgə hər gün xidməti vəzifələrini yerinə yetirirlər.

Şəhərin Şərq çıxışında (Gəncə-Bakı yolu), Qərb çıxışında (Şəmkir-Gəncə, Gəncə-Daşkəsən, həmçinin Gəncə-Göygöl yolu) və Gəncə-Samux avtomobil yollarında ümumilikdə 8 post qurulub. Xüsusi karantin rejimi ilə əlaqədar şəhərə giriş-çıxış məhdudlaşdırılıb. Gün ərzində yüzlərlə avtomobil dayandırılaraq yoxlanılır, şəhərə giriş-çıxış icazəsi olmayan nəqliyyat vasitələri və vətəndaşlar geri qaytarılır.

Gəncə şəhərində karantin rejimi dövründə bu günə qədər ümumilikdə 1 184 nəfər barəsində qaydaları pozduqlarına protokol tərtib edilib. Onlardan 12 nəfəri məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Minlərlə avtomobilin isə şəhərə girişinə icazə verilməyib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Bununla əlaqədar Bakı, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonunla yanaşı Gəncə şəhəri üzrə də mayın 31-nə qədər yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi qüvvədə qalır. Karantin qaydalarına uyğun olaraq icazə olmadan Gəncə şəhərinə də girişi-çıxış qadağandır.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR