Slimfit
  1. CƏMİYYƏT

Gəncədə istifadəyə yararsız ət aşkarlanıb

Gəncədə istifadəyə yararsız ət aşkarlanıb
Sakura

Gəncədə istifadəyə yararsız ət aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyətt qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a bildirilib ki, növbəti belə tədbir sentyabrın 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Gəncə şəhərində keçirilib.

Gəncə şəhər sakini A.Səmədovun Kəpəz rayonu Gülçülük yaşayış massivində yerləşən heyvandarlıq təsərrüfatına baxış zamanı oradan çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 294 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR