Dərc edildi: Baxış sayı: 451
Gəncədə işıqlandırmaya və abadlığa 4 milyon manatdan çox pul xərclənəcək
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi küçələrin işıqlandırma sistemlərinin yenilənməsi (1) və abadlıq-quruculuq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Ens.az "Report" -a istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Göygöl təmir-tikinti təchizat T.R." və “Ərdagı” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1,1 milyon manat və 3,2 milyon manat, ümumilikdə isə 4,3 milyon manat ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət