Gəncədə “Gülümsədən rəsmlər” layihəsinin tədbiri keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XII qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərində yerləşən 1 saylı uşaq xəstəxanasında “Gülümsədən rəsmlər” layihəsinin 2 günlük tədbiri baş tutub.
Layihə rəhbəri, Lalə Novruzova qeyd edib ki, layihənin məqsədi soyuq və boz divarları olan uşaq xəstəxanasını uşaqlar üçün rəngarəng, əyləncəli və maraqli mühitə çevirmək, gənc rəssamların bacarıq və qabiliyyətlərini nümayiş etdirməyə şərait yaratmaq, gəncləri sosial yönümlü fəaliyyətə cəlb etməkdir.
Layihə şərçivəsində xəstəxananin rəhbəri, psixoloq və həkimləri tərəfindən əvvəlcədən təqdim olunmuş eskizlər seçilib. Seçilən ən yaxşı rəsmlər 24-25 yanvar 2019-cu il tarixində 20 gənc rəssam tərəfindən xəstəxananın divarlarina köçürülüb.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Mənbə: Genceninsesi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət