Slimfit
  1. MEDİA

Gəncədə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Sakura

Gəncədə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 Gəncədə Bakı Dövlət Universitetinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli ədib, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. 

 Əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və ali təhsil müəssisəsinin nümayəndə heyəti Gəncədə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

 Daha sonra BDU-nun nümayəndə heyəti Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə olub. Görkəmli ədibin büstü önünə gül dəstələri qoyulub.

 BDU tərəfindən məktəbə “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kömpüter dəsti hədiyyə edilib. Bundan əlavə, məktəbə BDU Elmi Kitabxanasından 102 adda 125-dək kitab təqdim edilib.

 Daha sonra məktəbin şagirdlərinin ifasında Mir Cəlal Paşayevin əsərləri əsasında hazırlanmış səhnəciklər göstərilib, görkəmli yazıçının məşhur aforizmlərindən seçmələr səsləndirilib.

 Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyində davam edib. 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva və başqaları iştirak ediblər.  

 BDU-nun rektoru Elçin Babayev görkəmli alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsini özündə yaşadan bu muzeyi ziyarət etməyin mənəvi borc olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, BDU tərəfindən böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. BDU-nun tələbələri arasında Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə qısa hekayə müsabiqəsi elan olunub. BDU əməkdaşları və tələbələri “Ədibin evi”ni ziyarət ediblər. Aprelin 18-də isə BDU-da böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib: “BDU-nun nüfuzlu professoru, sevimli müəllimi kimi xatirələrdə daim yaşayan Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını, tələbələrini sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". Bu, Mir Cəlal müəllimin ailəsinə, övladlarına olan məhəbbətinin təzahürü idi".

 Sonra rektor Elçin Babayev ev-muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)", "Sevinc (1950)" kitablarını  və “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kömpüter dəstini hədiyyə edib.

 Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Əməkdar elm xadimi Mir Cəlal Paşayev xalqımızın ziyalı və elmi mühitinin ən parlaq simalarındandır. Bu böyük şəxsiyyət öz yaradıcılığı, ictimai və elmi fəaliyyəti ilə tariximizdə əbədi iz qoyub. Görkəmli ədibin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. O qeyd edib ki, Gəncənin ədəbi mühiti Mir Cəlal Paşayevin bir şəxsiyyət kimi yetişməsində, formalaşmasında olduqca mühüm rol oynayıb. Günümüzdə Mir Cəlal Paşayevin şəhərimizdəki ev-muzeyi Gəncənin ziyalılıq ənənələrini təbliğ edən bir ocağa çevrilib. Şübhəsiz ki, görkəmli ədibin xatirəsi daim qəlblərdə yaşayacaq, adı hörmətlə çəkiləcəkdir.

 ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal Paşayevin irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını, tələbələrin də bu işdə yaxından iştirakından sevinc hissi keçirdiyini bildirib. Hafiz Paşayev qeyd edib ki, görkəmli ədibin ailəsi həm də Bakı Dövlət Universiteti, buradakı minlərlə tələbəsi idi.

 Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub. Müsabiqədə I yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Fidan Hüseynova, II yerə II kurs tələbəsi Nuridə İsmayılova, III yerə Hüquq fakültəsinin II kurs tələbəsi Nurlanə Şirinova layiq görülüblər.

 Mexanika-riyaziyyat fakültəsinin II kurs magistrantı Fatimə Musayeva və Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Salahlı müsabiqənin xüsusi mükafatını qazanıblar.

Müsabiqədə I yerin qalibi Fidan Hüseynova öz hekayəsini oxuyub.

Daha sonra BDU rektoru muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR