Slimfit
  1. MEDİA

Gəncədə genişmiqyaslı abadlıq, təmir-bərpa və təmizlik işləri davam edir

Gəncədə genişmiqyaslı abadlıq, təmir-bərpa və təmizlik işləri davam edir
Sakura

Gəncədə genişmiqyaslı abadlıq, təmir-bərpa və təmizlik işləri davam edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq, təmir-bərpa və təmizlik işləri davam edir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələri və “DOST İş Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən həyata keçirilən işlərə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. 

Aparılan işlər çərçivəsində Gəncə şəhərinin Nizami prospektində yerləşən “Xəmsə bağı” ərazisində müavfiq tədbirlər həyata keçirilib. Belə ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin burada olan heykəli restavrasiya edilib, ətrafı təmizlənərək, abadlaşdırılıb. Ərazidə olan digər abidələrdə də bərpa işləri görülüb. 

Bununla yanaşı prospekt boyu yol kənarındakı işıq dirəkləri, nişan və lövhələr, həmçinin bardürlər yuyulublar. Ehtiyac olan hissələrdə səki daşları və oturacaqlar rənglənib, yol kənarlarına yeni ağac və gül kolları əkilib. 

Sözügedən işlər Gəncənin Ş.İ.Xətai prospektində, “dəyirman dairəsi” kimi tanınan ərazidə də aparılıb. Burada eyni zamanda, torpaq şumlanaraq yeni yaşıllıq zolağının salınması üçün hazırlıq işləri görülüb. 

Abadlıq işləri Gəncənin Heydər Əliyev adına Baş meydanını da əhatə edib. Burada olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar budanıb, yeni gül kolları əkilib. Miniatür Kitab Muzeyi binasının fasadında boya işləri görülüb. Ərazidə olan və kənar təsirlər səbəbilə qırılmış zibil qutuları yeniləri ilə əvəzləniblər. 

MKTİB-in təmizlik şöbəsinin əməkdaşları növbəti dəfə Gəncəçay çayının məcrasında təmizlik işləri həyata keçiriblər. Çay məcrası məişət tullantıları, ağac budaqları və yabanı bitkilərdən təmizlənib. Toplanan tullantılar xüsusi texnikalar vasitəsilə ərazidən daşınıblar. 

Qeyd edək ki, görülən işlər Gəncə şəhərinin daha təmiz və abad olması, habelə sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir. Sakinlər və şəhərimizin qonaqlarından görülən işləri dəstəkləyərək, təmizliyə riayət etmələri və yaşıllıqları qorumaları xahiş olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR