Slimfit
  1. MEDİA

Gəncədə gənclər üçün mentorluq istiqamətində layihə həyata keçirilib.

Gəncədə gənclər üçün mentorluq istiqamətində layihə həyata keçirilib.
Sakura

Gəncədə gənclər üçün mentorluq istiqamətində layihə həyata keçirilib.

Gəncədə gənclər üçün mentorluq istiqamətində layihə həyata keçirilib.

Gənc mentorların yetişməsinə töhfə vermək,  eyni zamanda məktəblilər arasında könüllülük hərəkatını genişləndirmək üçün "Gəncdən gəncə inkişaf" layihəsi həyata keçirilib.

8 gün davam edən layihə 2 mərhələdən - təlimlər və mentorluq fəaliyyətlərindən ibarət olub.

1-3 fevral 2023-cü il tarixlərində baş tutan təlimlər mərhələsində ictimai fəaliyyətlə məşğul olan, mentorluğa marağı olan gənclər "Beynəlxalq mentorluq", "Refleksiya nədir?", "Gənclərlə iş konsepsiyası", "Könüllü gənclərlə işdə vacib nüanslar" mövzularında məlumatlandırılıblar.

Layihə zamanı xüsusi fərqlənən iştirakçılar 13-17 fevral tarixləri aralığında keçirilmiş mentorluq fəaliyyətləri mərhələsində Gəncə şəhərində yerləşən 5 orta məktəbdə şagirdlər üçün seminarlar təşkil ediblər. Seminarlar çərçivəsində şagirdlərə "İctimai fəaliyyət və onun üstünlükləri", "İnkişaf imkanları" mövzularında təqdimatlar edilib.

Layihədə 75 məktəbli, 20 iştirakçı olmaqla, ümumilikdə 95 gənc iştirak edib.

Bundan əlavə, gənc mentorlar layihədəki fəaliyyətlərinin davamı olaraq şagirdlərin ictimai fəaliyyətə cəlb olunmasına qədərki dövrdə onlara dəstək olacaqlar.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və Fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR