Slimfit
  1. CƏMİYYƏT

Gəncədə dünya standartlarına cavab verən xəstəxana açıldı

Gəncədə dünya standartlarına cavab verən xəstəxana açıldı
Sakura

Gəncədə dünya standartlarına cavab verən xəstəxana açıldı

Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli, dünya standartlarına cavab verən Psixiatriya Xəstəxanası istifadəyə verilib.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva məlumat verib.

O bildirib ki, 200 çarpayılıq beş mərtəbədən ibarət olan Psixiatriya xəstəxanasının birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir. Binanın qalan dörd mərtəbəsi xəstələr üçün nəzərdə tutulub. 

“Xəstəxanamızda ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Bizdə dörd şöbə fəaliyyət göstərir, onlardan üçü kişi, biri qadınlar üçün nəzərdə tutulub.

Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otaqları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir” -  baş həkim qeyd edib.

E.Mirzəyevanın dediyinə görə, Psixiatriya Xəstəxanasının işçi heyəti hazırda 175 nəfər təşkil edir.

Bundan başqa, E.Mirzəyeva rəhbərlik etdiyi yeni xəstəxanada xəstələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün olduqca təsirli olan art terapiyanın tətbiq olunması haqqında məlumat verib. O bildirib ki, xəstələr xüsusi ayrılmış otaqlarda tikiş, musiqi, toxuma və rəsmlə məşğul olurlar və bu məşğuliyyət onların sağalmasına çox müsbət təsir göstərir. 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR