Slimfit
  1. AZƏRBAYCAN

Gəncədə dini mövzuda seminar-müşavirə keçirilib

Gəncədə dini mövzuda seminar-müşavirə keçirilib
Sakura

Gəncədə dini mövzuda seminar-müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, Kəlbəcər, Xocalı şəhər və rayon icra hakimiyyətlərinin, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli strukturlarının rəhbərləri iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, seminar-müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün də qorunub saxlanılır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə insanların dini etiqad və vicdan azadlığı təmin olunub. Respublikanın hər yerində olduğu kimi Gəncədə də İslami dəyərlər qorunur. Hazırda şəhərdə 1 ziyatərgah və 6 məscid fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib ki, Azərbaycanda tarixən formalaşan tolerantlıq mühiti dünya üçün bir nümunədir. Ölkəmizdəki dini və etnik tolerantlıq, multikulturalizm və birgə yaşayış modeli dünya birliyi tərəfindən yüksək dəyərləndirilir və onun daha da möhkəmlənməsi üçün çalışılır.

Siyavuş Heydərov onu da qeyd edib ki, ölkəmizin inkişafını istəməyən ünsürlər tərəfindən Azərbaycana sadəcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilmsinə cəhdlər edilir. Yad dini ideologiyaların Azərbaycana ixrac edilməsinə cəhdlər göstərilir.

Tədbirdə Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov, Daxili İşlər Nazirliyinin şöbə müdiri Oktay Tağıyev çıxış edərək, Azərbaycanda dini radikalizm və dini ekstremizmə qarşı aparılan mübarizə və onun hüquqi əsasları barədə danışıblar.

Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tahir Abbasov isə öz çıxışında Gəncədə “Tasua” və “Aşura”ya hazırlıqla bağlı məlumat verib. O bildirib ki, dini mərasimlər mərkəzləşdirilmiş qaydada “İmamzadə” ziyarətgahında icra olunacaq.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR