Slimfit
  1. CƏMİYYƏT

Gəncədə də Zəfər Günü qeyd olundu

Gəncədə də Zəfər Günü qeyd olundu
Sakura

Gəncədə də Zəfər Günü qeyd olundu

8 Noyabr – Zəfər Günü ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq Gəncədə silsilə tədbirlər keçirilib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, millət vəkili Pərvin Kərimzadə,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri şəhid ailələri və müharibə iştirakçıları Gəncə şəhərinin Şəhidlər Xiyabanını ziyarət ediblər.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılan Əbədi Məşəl Abidəsinin önünə tər çiçəklər düzülb, şəhidlərimizin ruhu ehtiramla yad edilib.

Keçirilən sil-silə tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Quru Qoşunları Komandanlığının təşkilatçılığı ilə Zəfər Yürüşü baş tutub. Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edib.

Daha sonra Gəncənin Heydər Əliyev Mərkəzində "Tariximizin Zəfər Salnaməsi" adlı dəyirmi masa keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə "Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən 3 il keçir. Bu Zəfər salnaməsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrindəndir.

Dəyirmi masadan sonra 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Tədbir iştirakçıları Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində simvolik olaraq 44 ədəd ağac əkiblər.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər şəhərin Heydər Əliyev adına Meydanında təşkil olunan möhtəşəm konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR