Slimfit
  1. AZƏRBAYCAN

Gəncədə daha bir layihə başa çatıb

Gəncədə daha bir layihə başa çatıb
Sakura

Gəncədə daha bir layihə başa çatıb

"Sahibkar düşüncə tərzinin təşviqi ilə peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması" layihəsi başa çatıb.

“Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi “Sahibkar düşüncə tərzinin təşviqi ilə peşətəhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması“ layihəsinin  icrasını başa çatdırmışdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Əsas məqsədi peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması təşəbbüslərinə dəstək vermək olan layihə fəaliyyətləri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, Ticarət vəXidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində həyata keçirilmişdir.

Özünüməşğulluq və sahibkarliq fəaliyyətinə maraq göstərən 22 nəfər peşə təhsili müəssisələri məzunları vəşagirdlərinə “Bizneslə tanışlıq”  modulu üzrə təlim sessiyası, ,”Sahibkarlıq fəalyyətində elektron xidmətlərdən istifadə” modulu üzrə seminarlar keçirlmişdir. Hədəf seçilmiş peşə təhsili müəssisələrinin məzunları özünüməşğulluq vəsahibkarlıq təşəbbüslərinin həyata keçirilməsi, biznes planın hazırlanması,elektron xidmətlərdən istifadəmövzularında göstərilmiş 42 məlumat-məsləhət  xidmətindən faydalanmışdır. Müstəqil əmək fəaliyyətinə başlamaq üçün gənclər  tərəfindən 14 məşğulluq təklifi irəli sürülmüş, 7 biznes planın ilkin variantı hazırlanmış-dır.

Əldə edilmiş bilik və bacarıqlar, praktik vərdişlər gənclərə məşğulluğun təmin edilməsində və ailə gəlirlərinin artırılmasında alternativ seçim imkanı yaratmışdır.

Özünüməşğulluq fəaliyyətinin təşviqi və bununla bağlı bacarıqlarının artırılması üzrə fəaliyyətlər, layihə icrasında iştirak etmiş maraqlı tərəflərin birgə resursları hesabına davam etdiriləcəkdir.

Uğurla icra edilmiş  bu layihəni “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsinə  əlavə bir töhfə kimi qiymətləndirmək olar.

 

Mənbə: Genceninsesi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR