Slimfit
  1. MEDİA

Gəncədə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində görülən işlər müzakirə olunub

Gəncədə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində görülən işlər müzakirə olunub
Sakura

Gəncədə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində görülən işlər müzakirə olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində görülən işlərlə əlaqədar iclas keçirilib. İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, “Azəraqrartikinti” ASC-nin direktoru Maqsud Gülməmmədov və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər. 

Qeyd olunub ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində “Azərsu” ASC-nin sifarişi ilə su və  kanalizasiya sisteminin yenidən qurulması işlərinə 2011-ci ilin sentyabr ayından başlanılmışdır. Layihənin icra müddətində 367.3 km uzunluğunda içməli su, 336.1 km uzunluğunda isə çirkab su, yəni kanalizasiya xəttinin çəkilişi həyata keçirilmişdir. Cari ildə su və kanalizasiya işlərinin həyata keçirildiyi 30-a yaxın küçədə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən əsaslı abadlıq işləri görülmüşdür. 

İclasda “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrası zamanı meydana çıxan problemlər də müzakirə olunub. Qeyd edilib ki, su, çirkab su - magistral və paylayıcı şəbəkə xətlərinin tikintisinin başa çatmasından sonra bir sıra ərazilərdə asfalt örtüyünün salınmaması, bəzi yerlərdə asfalt yol örtüyünün çökməsi sakinlərin haqlı narazılığına səbəb olmaqdadır. “Azərsu” ASC rəsmisinin diqqətinə çatırılıb ki, Gəncə şəhəri ərazisində bir sıra yeni salınmış yaşayış massivlərində su təchizatı mənbəyinin olmaması həmin ərazilərdə əhalinin su ilə təminatında çox böyük çətinliklərin yaranmasına səbəb olur.

İclasın yekununda “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin davam etdiriləcəyi, növbəti ilin əvvəlindən su-kanalizasiya xətlərinin yeniləndiyi küçələrdə asfalt ötrüyünün bərpası işlərinə başlanılacağı bildirilmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR