Slimfit
  1. MEDİA

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib
Sakura

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Bayraq meydanında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, o cümlədən sakinlər iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyimizin simvolu, qürur mənbəyimizdir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Millət vəkili Pərvin Kərimzadə çıxış edərək, bildirib ki, 3 rəngli dövlət bayrağımız mübarizə əzmimizin, zəfər sorağımızın, istiqlaliyyət salnaməmizin ilk müjdəcisi odu, bizi Vətən uğrunda müqəddəs döyüşlərə səslədi. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən, 180-dən çox dövlətin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində əzəmətlə dalğalanır. 

Tədbirdə “Vətən Müharibəsi – Gəncə şəhidləri” və “Zəfər salnaməsi” kitablarının təqdimatı baş tutub. 

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin uzun illər ərzində apardığı müdrik daxili və xarici siyasətin nəticəsidir ki, İkinci Qarabağ – Vətən müharibəsində Müzəffər Ordumuzun qələbəsi dünyanın hərb tarixinə qızıl hərflərlə həkk olundu. Əfsuslar olsun ki, hər bir müharibədə olduğu kimi, Vətənimizin igid övladları torpaqlarımızın azad olunması uğrunda həyatlarını qurban verdilər və şəhidlik zirvəsinə ucaldılar. “Vətən Müharibəsi – Gəncə şəhidləri” kitabı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA-nın Gəncə Bölməsi tərəfindən nəşr edilib. Kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması məqsədilə hazırlanıb. Burada 107-si hərbi, 26-sı mülki olmaqla ümumilikdə 133 Vətən müharibəsi şəhidinin tərcümyi-halı öz əksini tapıb. 

Daha sonra “Vətən Müharibəsi – Gəncə şəhidləri” kitabı tədbirdə iştirak edən şəhid ailələrinə təqdim olunub. 

ADAU-nun rektoru, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, “Zəfər Salnaməsi” kitabı şanlı Qələbəmizin ildönümünə həsr olunmuş daha bir töhfədir. O qeyd edib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi və qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq. 

Rəsmi hissədən sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan geniş konsert proqramı ilə çıxış edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR