Slimfit
  1. MEDİA

Gəncədə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

Gəncədə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
Sakura

Gəncədə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, DİİXİHİ Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə  Gəncədə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub. Pandemiya qaydalarına uyğun keçirilən tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyyə edib. 

DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva bildirib ki, bu gün Dövlət Qulluqçularının peşə bayramı ilə yanaşı həm də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin yaranması günüdür. Bu münasibətlə DİXİRK-in sədri Hikmət Osmanovun təşəbbüsü ilə dövlət qulluqçuları qiymətli hədiyyələrlə təltif ediliblər. Ülviyyə Vəliyeva öz növbəsində dövlət qulluqçularını təbrik edib, onlara işlərində uğurlar arzulayıb. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev dövlət qulluqçuları adından göstərilən diqqətə görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin dediyi kimi, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. 

Çıxışlardan sonra DİİXİHİ Gəncə şəhər komitəsinin adından tədbir iştirakçılarına hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

--
ganjanews az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR