Slimfit
  1. MEDİA

Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib

Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
Sakura

Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib

Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  2 fevral – Gənclər Günü qeyd edilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.

Tədbirdən öncə gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri bayram günü münasibəti ilə təbrik edib. Onlara xoş arzularını çatdırıb. O bildirib ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunan bu bayram, ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir. Ölkəmizdə hər bir sahədə qazanılan uğur dövlətimizin yüksək potensiala malik olduğunu göstərir. Bu uğurların əldə edilməsində gəncliyin xüsusi rolu vard. Çünki gənclər cəmiyyətin bütün sferalarında təmsil olunmaqla yanaşı artıq aparıcı qüvvəyə çevriliblər. İndi Azərbaycanda gənclər siyasəti dövlətin mühüm tərkib hissəsidir. Bu siyasət bir çox dövlətlərə nümunə ola bilər. Prezident İlham Əliyev gənclərlə hər görüşündə, keçirilən forumlarda dəfələrlə bildirib ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür.

Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb. O bildirib ki, ümumilikdə şəhərdə gənclərin sayı 93 808 nəfərdir. Bu isə şəhər əhalisinin 31 %-ni təşkil edir. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir ki, burada da ümumilikdə 17 213 tələbə təhsil alır. Gəncədə 6 Tələbə Gənclər Təşkilatı, 4 klub və 9 İctimai Birlik fəaliyyət göstərir. Ötən il şəhərdə 165 tədbir və layihə reallaşdırılıb ki, burada da 22 mindən artıq gənc iştirak edib. 

Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov qeyd edib ki, artıq 2 ildir ki, Gəncə şəhər Gənclər evi fəaliyyət göstərir. Ölkədə olan “Gənclər evləri”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılmasına yardım göstərilməsindən ibarətdir. Bu istiqəmətdə Gəncədə də bir sıra işlər icra olunur. Belə ki, Gəncə şəhər Gənclər evində bu günə kimi 200-dən artıq tədbir reallaşıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif dərnəklər, kurslar və klublar fəaliyyət göstərir. 

Tədbirdə söz alan “Gələcəyə Körpü” GİB-nin icraçı direktoru Hüseynxan Hacızadə, Gəncə Musiqi Kollecinin TGT sədri Lalə Məmmədova, Azərbaycan Dövlət Aqrar Universitetinin TGT sədri Valeh Əsədov gənclər üçün yaradılan şəraitdən söz açıb, onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Meriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və 2 fevral – Gənclər Günü münasibəti ilə 18 gənc,  “Gələcəyə Körpü” GİB,  ADAU və Musiqi Kollecinin TGT-ləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR