Slimfit
  1. MEDİA

Gəncədə “100 ilin işığında” kitabının təqdimatı olub

Gəncədə “100 ilin işığında” kitabının təqdimatı olub
Sakura

Gəncədə “100 ilin işığında” kitabının təqdimatı olub

Gəncə Şəhər İcra Hakimiyyətində “Gəncənin səsi” qəzetinin Baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi və Ali media mükafatlarının laureatı, “Tərəqqi” medallı Rəfiqə Sadıqovanın müəllifi olduğu “100 ilin işığında” kitabının təqdimatı keçirilib . Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Regional Bölməsinin sədri Fuad Əliyev, Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, “Novosti Gyandi” qazetinin redaktoru İrina Kalaşnikova, struktur, müəssisə, təşkilat rəhbərləri və şəhərin ziyalıları iştirak ediblər.

Niyazi Bayramov çıxış edərək bildirib ki, kitab Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat orqanı olan “Gəncənin səsi” qəzetinin 100 illik yubileyinə həsr olunub. Yeni nəşr sadəcə qəzetin deyil, eyni zamanda Gəncənin də bir əsrlik tarixinə işıq tutur. O qeyd edib ki,  “100 ilin işığında” kitabı ensiklopedik xarakter daşıyır və gələcəkdə hər birimizin masaüstü kitabına çevriləcəkdir. Daha sonra şəhər rəhbəri Rəfiqə xanımı həm Baş redaktoru olduğu “Gəncənin səsi” qəzetinin 100 illik yubileyi, həm də müəllifi olduğu “100 ilin işığında” kitabının nəşri münasibətilə təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra Rəfiqə Sadıqova tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. O bildirib ki,  360 səhifədən və 5 fəsildən ibarət olan kitab “Gəncənin səsi” qazetinin bir əsrlik tarixini özündə əks etdirir. Gəncə kimi, qəzetin də adı ümumilikdə 7 dəfə dəyişdirilib. Qəzet 1920-ci ilin may ayının 5-də “Qırmızı Gəncə”, Zərbə” ,”Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad kommunisti” və nəhayət 1990-cı il yanvarın 1-dən etibarən “Gəncənin səsi” adı ilə oxuculra təqdim olunub.

Rəfiqə Sadqova: “100 yaş uluların yaşıdır. 100 yaş imtahandan şərəflə şıxanların yaşam pasportudur. 100 yaş özünütəsdiqin ən bariz nümunəsidir. 100 yaşlı “Gəncənin səsi” bu günə kimi keçən keşməkeşli fəaliyyət yolunun öhdəsindən şərəflə, qətiyyətlə, məsuliyyətlə gəlib və bu missiyasına daim sadiq qalacaqdır.  Hər zaman doğma Gəncəmizin şərəf salnaməsi funksiyasını bundan sonra da uğurla yerinə yetirəcək”.

Çıxışının sonunda  müəllif ölkədə yazılı mətbuata göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər”Gəncənin səsi” qazetinin 100 illik tarixinə nəzər salıb “100 ilin işığında” kitabını tarixi əhəmiyyətli əsər kimi dəyərləndiriblər.  Rəfiqə xanım Sadıqovaya öz təşəkkürlərini bildirərək, ona yaradıcılıq fəaliyyətində uğurlar diləyiblər.

Sonda Rəfiqə Sadıqovaya “Gəncənin səsi” qazetinin 100 illik yubileyi münasibətilə Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, İrina Kalaşnikovanı isə Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.

Bununla yanaşı, “Gəncənin səsi” və “Novosti Gyandji” qazetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə maddi köməklik göstərilib.  

Gəncə Şəhər İcra Hakimiyyəti

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR