Dərc edildi: Baxış sayı: 873
Gəncə xan məscidi
Gəncə xan məscidi
Gəncə xanlarına məxsus olan xan məscidi İç qalanın içində olan Narın qalada yerləşirdi. Xan məscidi Arran-Gəncə memarlıq üsbunda qırmızı bişmiş kərpicdən inşa edilmişdi.
1804-cü ildə Ruslar Gəncə qalasını tutarkən rus ordusunun komandanı Sisianov Xan məscidini rus pravoslav kilsəsinə çevirdi. Xan məscidinə müqəddəs "Zaxariya və Yelisaveta" adı verildi
Bu kilsə 80 il ərzində Gəncədə yaşayan az saylı ruslara ibadət etmək üçün yeganə yer olmuşdu. Bu illər ərzində məscid-kilsə binası təmir edilməmiş və qəzalı vəziyyətə düşmüşdür.
1889-cu ildə Gəncədə istifadəyə verilən Alensandr Nevski adına rus pravoslav kilsəsi istifadəyə verildikdən sonra həmin Xan məscidi baxımsız qalıb dağıldı.
Gəncə xan sarayı kompleksinə daxil olan Xan məscidinin dövrümüzə 3 şəkli gəlib çatıb. Öndən 1 foto, 2 şəkil isə arxadan çikilib. Ermakovun çəkdiyi öndən Baron de Bay çəkdiyi arxadan və ən son şəkli isə Müzadil bəyin paylaşdığı şəkil (foto 1906-1909-cu illər)
(Ruslar Azərbaycanda iki məscidi kilsəyə çevirmişdilər. Bunlardan biri zor ilə aldığı Gəncə digəri yenə zor ilə aldığı İrəvan qalasındakı Rəcəb paşa məscidini rus pravoslav kilsəsinə çevirdilər. )
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət