Dərc edildi: Baxış sayı: 1325
Gəncə şəhərində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınıb - Baş Prokurorluq
Ordumuzun qətiyyətli tədbirləri nəticəsində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınıb.
Ens.az xəbər verir ki, bu barədə "Report"a Baş Prokurorluqdan bildirilib.
Xəbər verildiyi kimi, 5 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb, lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmamış və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməmişdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət