Slimfit
  1. MEDİA

Gəncə şəhərində "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə keçiriləcək

Gəncə şəhərində "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə keçiriləcək
Sakura

Gəncə şəhərində "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə keçiriləcək

Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə "Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi" adlı layihə həyata keçiriləcək.

Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsinin rəhbəri, Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir. Layihə tibb sahəsində dövlət sektorunun iştirakının tibb sənayəsinin inkişafı ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir. Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir. Beş gün müddətində müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin, layihə iştirakçılarından ibarət gənc tibb işçiləri klubu yaradılacaq və onlar, Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər. Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqdır.

Qeyd edək ki, layihə 25.12.2019 - 25.04.2020 tarixlərində Gəncə şəhərində həyata keçiriləcəkdir. Layihənin təqdim olunması məqsədilə Gəncə şəhərində təqdimatlar həyata keçiriləcək, təqdimatlardan sonra iştirak etmək istəyən gənclər qeydiyyatdan keçəcək, daha sonra isə müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən uğurla keçən 50 nəfər gənc layihədə iştirak etmək hüququ qazanacaqdır. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.
Layihəyə 18-29 yaş arasında olan, tibb sahəsini sevən və bu sahəyə maraqlı gənclər qoşula bilər.

Qeydiyyat linkini sizlər üçün təqdim edirik!
https://forms.gle/AsErjwsvpKTKn5J48

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR