Slimfit
  1. TARİX

Gəncə qalası və qapısının yeri

Gəncə qalası və qapısının yeri
Sakura

Gəncə qalası

Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zələzləsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. 

Gəncə böyük paytaxt şəhərinə çevrilmiş və onun müxtəlif istiqamətlərdə beş giriş darvazaları olmuşdur. Bunlar Babül-əl Məqbərə, Babül-əl Bərdə, Babül-əl Qarabağ, Babül-əl Gülüstan və Babül-əl Tiflis darvazaları olmuşdur.

Qədim Gəncə qapılarının 1139-cu ildə zəlzələ nəticəsində Gəncə dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılmış və Kutaisinin Helat Monastırında saxlanılır.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dəfələrlə Gəncə qapılarının qaytarılması ilə bağlı müraciətlər etsə də Gürcüstan tərəfi buna razılıq verməyib. Qədim Gəncə xarabalıqlarında 2000-ci ildə arxeoloji qazıntılar zamanı Gəncə qalasının beş qapısından biri olan  "Məqbərə qapısı" nın qalıqları tapılıb. Bu arxeoloji materiallar əsasında qədim Gəncə qapıları 2007 ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilib 

Usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında surəti hazırlanmış və 2007 ci ildə Gəncənin girişində əllərin kuruqu deyilən dayirənin içərisinə qurlaşdırlmışıdır. Sonra həmin yeni qala sökülmüş və 2012 ci ildə Gəncənin girişinə birəz önə çəkilərək böyük olaraq olaraq tikilmiş və darvaza ora bərkidilmişdir

Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yaşadığı Qədim Gəncə ərazisindəki qala bərpa edilməli və qala qapıları öz yerinə qoyulmalıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR