Slimfit
  1. İQTİSADİYYAT

“Gəncə Körpü Tikinti-2” ASC koronavirusla mübarizəyə 30 min manat ayırdı

“Gəncə Körpü Tikinti-2” ASC koronavirusla mübarizəyə 30 min manat ayırdı
Sakura

“Gəncə Körpü Tikinti-2” ASC koronavirusla mübarizəyə 30 min manat ayırdı

Respublika ərazisində müasir standartlara cavab verən bir çox körpü və keçidlər inşa etmiş “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz töhfəsini vermək qərarına alıb.

Dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən “Gəncə Körpü Tikinti-2” ASC ölkə prezidentinin çağırışına qoşularaq, koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə 30 000 manat ayırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR