Slimfit
  1. HƏRB

Gəncə Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Gəncə Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
Sakura

Gəncə Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Sentyabrın 29-da Gəncə Hərbi Prokurorluğunun yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, böyük şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Sonra hərbi qulluqçuların, hüquq mühafizə orqanlarının, o cümlədən hərbi prokurorluq əməkdaşlarının, prokurorluğun veteranlarının, eləcə də şəhər ictimaiyyətinin iştirakı ilə Gəncə hərbi prokurorluğunun yeni inzibati binasının açılışı olub.

Əvvəlcə hərbi prokuror Xanlar Vəliyev və tədbir iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər. Sonra binaya baxış keçirilib. Tədbir iştirakçıları Heydər Əliyev guşəsinə, iş otaqlarına, kriminalistik laboratoriyaya, yeməkxanaya, idman zalına baxıblar. Bildirilib ki, müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Daha sonra açılış mərasiminin iştirakçıları inzibati binanın akt zalında toplaşıblar. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Hərbi prokuror Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti və yorulmaz fəaliyyəti ilə ölkəmizdə aparılan hərtərəfli islahatlar və əldə olunmuş böyük nailiyyətləri xüsusi vurğulayaraq, ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilib, mənəvi-psixoloji hazırlıqlı, yüksək əhval-ruhiyyəli, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan ordu formalaşdırılıb.

Prokurorluq işçilərini, o cümlədən hərbi prokurorluq əməkdaşlarını prokurorluğun 100 illik yubileyi və peşə bayramı münasibətilə təbrik edən Hərbi prokuror Xanlar Vəliyev ulu öndər Heydər Əliyev və onun dövlətçilik ənənələrinin layiqli davamçısı Prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib.

Akademik Fuad Əliyev, I Ordu Birləşməsi komandirinin birinci müavini-qərargah rəisi, general-mayor Mübariz Rzayev, III Ordu Birləşməsi komandirinin birinci müavini-qərargah rəisi, polkovnik Polad Həşimov, Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafından, ölkədə, o cümlədən Gəncə şəhərində davam etdirilən quruculuq, abadlıq işlərindən söz açaraq, bu uğurların davamlı olduğunu, hazırda prokurorluğun mövqeyinin daha da möhkəmlənməsindən və cəmiyyətdə nüfuzunun artmasından söz açıblar.

Sonra Gəncə Hərbi Prokurorluğunun xidmətdə fərqlənən əməkdaşları rütbə və medallarla təltif edilib, prokurorluğun veteranına hədiyyə təqdim olunub.

Mərasimə yekun vuran hərbi prokuror Xanlar Vəliyev bildirib ki, müdrik lider İlham Əliyevin mütəmadi olaraq verdiyi dəyərli tövsiyələr və göstərişlər əsasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni müstəvidə və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilib, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunub. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də öz fəaliyyətində daim ümummilli lider Heydər Əliyevin ali ideyalarını və Prezident İlham Əliyevin idarəçilik prinsiplərini rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini tələb edilən səviyyədə həyata keçirməklə Silahlı Qüvvələrdə qanunçuluğun və hərbi intizamın daha da möhkəmləndirilməsinə çalışacaq və bu istiqamətdə tələbkarlığı daim artıracaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR