Slimfit
  1. MEDİA

Gəncə hadisələri ilə bağlı film çəkildi - Video

Gəncə hadisələri ilə bağlı film çəkildi - Video
Sakura

Gəncə hadisələri ilə bağlı film çəkildi - Video

Gəncə hadisələrini özündə əks etdirən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib.

Teleqraf.com xəbər verir ki, filmdə ilk dəfə Gəncəyə gedən bir aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi öz əksini tapıb.

Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr də yerləşdirilib.

“Mən Gəncəyəm” filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirib ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf alıb: “Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da, biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik.

Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “Skad” raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu, terrordur.

Dinc sakinlərin hədəfə alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündəliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir”.

Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə edib.

Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montaj Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

Filmin treyleri:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR