Slimfit
  1. MEDİA

Gəncə gəncləri ADA Universitetində keçirilən "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransında iştirak edib

Gəncə gəncləri ADA Universitetində keçirilən "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransında iştirak edib
Sakura

Gəncə gəncləri ADA Universitetində keçirilən "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə"…

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri,Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllüləri Nicat Məmmədov və Qamət Əliyev 18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransında iştirak edib.
Konfransda Azərbaycan Respublikasının Baş Nazirinin müavini,Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri professor Əli Əhmədov. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Intiqam Babayev və digər dövlət rəsmiləri iştirak edib.

Layihə, BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilmişdir.
Konfransın məqsədi gənclər təşkilatlarının nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri qarşısında təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin dayanıqlı inkişafına töfhə vermək və onlara dəstək olmaqdır.
Layihənin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTi), BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir (UNDP Azerbaijan).

Qeyd edək ki, regiondan gələn iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri təşkilatçı tərəfindən təmin edilmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR