Slimfit
  1. CƏMİYYƏT

Gəncə Dövlət Dram Teatrının aktyoru: “Onlayn tamaşalarımızı 2600-dən çox insan izləyib”

Gəncə Dövlət Dram Teatrının aktyoru: “Onlayn tamaşalarımızı 2600-dən çox insan izləyib”
Sakura

Gəncə Dövlət Dram Teatrının aktyoru: “Onlayn tamaşalarımızı 2600-dən çox insan izləyib”

“Həftədə beş dəfə onlayn tamaşalarımız nümayiş olunur. “Facebook”da canlı yayımlanır. Yaxşı baxış sayımız var. Keçən həftənin yekununa görə, tamaşalarımızı 2600-dən çox insan izləyib. Şişirdilmiş rəqəmlər deyil. Baxış sayını “screen” edib, sosial media hesabımda izləyicilərimlə bölüşürəm. Beləcə hesabat verirəm”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Gəncə Dövlət Dram Teatrının aktyoru, Fəxri Mədəniyyət işçisi, Avrasiya Teatrlar Birliyinin təmsilçisi Yusif Cəfərov deyib.

Aktyor hazırda Gəncə Dövlət Dram Teatrının yeni və müasir binasının inşa edildiyini bildirib:

“Gəncə Dövlət Dram Teatrında hər şey öz axarında gedir. Prezident İlham Əliyevin sərəncamı ilə teatrımızın yeni, müasir, altı mərtəbəli binası tikilir. Dekabrda yeni binamızın istismara veriləcəyi gözlənilir. Koronavirus pandemiyası ilə əlaqədər olaraq, əvvəlki aylarla müqayisədə hazırda tikinti işləri sürətlə getməsə də, davam etdirilir”.

Y.Cəfərov Gəncə Dövlət Dram Teatrının peşəkar aktyor heyətinin hər il xaricdə keçirilən festivallarda iştirak etdiyini də diqqətə çatdırıb:

“Gəncə Dövlət Dram Teatrında 45 aktyor çalışır. 2011-ci ildən bəri 2020-ci il istisna olmaqla festivallara getmişik. Hətta olub ki, bir ildə iki dəfə ayrı-ayrı festivallara qatılmışıq. Bizim teatrda xarici əlaqələrlə mən məşğul oluram. Keçən il Türkiyənin Adana və Konya, Ukraynanın Xerson və Kamensk şəhərlərində dörd festivalda iştirak etmişik. Təbii ki, bu işlər Mədəniyyət Nazirliyimizin köməyi və dəstəyi ilə olur”.

Aktor Türkiyədə qurduğu bir neçə fərdi tamaşasından söhbət açıb:

“Şəxsən mən seriallara çəkilmirəm. Səbəb odur ki, seriallara dəvət almıram (gülür).

Təvəzökarlıqdan uzaq olsa da, bir məqamı vurğulamaq istəyirəm ki, Gəncənin tarixində ilk bədii, qısametrajlı filmi 2015-ci ildə mən çəkmişəm. İstanbul şəhərində teatrla bağlı bir neçə layihəm həyata keçirilməlidir. Orada bir neçə aktyorumuzla birlikdə tamaşa da səhnələşdirmişəm. Mayın 15-də yenidən Türkiyəyə getməliyik. Amma koronavirusla bağlı karantinə görə, gedəcəyimiz hələ bəlli deyil. Maliyyə məsələlərini isə Türkiyə tərəfi öhdəsinə götürüb”.

Onlayn şəkildə “Beynəlxalq Teatr Festivalı” keçirməyi düşündüyünü söyləyən Yusif Cəfərov bu layihənin Azərbaycanda bir ilk olduğunu bildirib:

“Artıq on xarici ölkədən videogörüntü almışıq. Həmin görüntüləri isə Teatr İttifaqına göndərmişik. Hazırda danışıqlar gedir. Bu, Azərbaycanda bir ilk olacaq”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR