Dərc edildi: Baxış sayı: 705
“Gəncə Cihazqayırma Zavodu” ASC kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat vəsait ayırdı
Azərbaycanın cəbhə bölgəsində gedən döyüşlərinə dəstək olanların sayı durmadan artır.
Hər bir Azərbaycanlı hər zaman olduğu kimi bu gün də birlik olduğunu bir daha sübut edir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, “Gəncə Cihazqayırma Zavodu” ASC əmək kollektivi adından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 20 000 (iyirmi min) manat vəsait köçürüb.
Torpaqlarımız uğrunda gedən döyüşlərdə hər zaman ordumuzun yanındayıq. Yaşasın Azərbaycan əsgəri, Yaşasın Azərbaycan!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət